“Bayer” yarımfinala çıxdı –Avropa Liqası/NƏTİCƏLƏR

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları başlayıb.

Apasport.az xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib.

İngiltərə klubları meydana revanş üçün çıxıblar. “Liverpul” “Atalanta” ilə, “Vest Hem” isə “Bayer”lə dueldə mübarizəni dayandırıb.

İtaliya klublarının qarşılaşmasında “Roma” “Milan”dan güclü olub. “Benfika” Marsel səfərində üstünlüyünü qoruya bilməyib. Cütün taleyini penalti zərbələri həll edib. Daha dəqiq olan fransalılar yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinalda “Roma” “Bayer”lə, “Atalanta” “Marsel”lə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Roma” – “Milan” – 2:1

İlk oyun – 1:0

23:00. “Atalanta” – “Liverpul” – 0:1
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer” – 1:1
İlk oyun – 0:2

23:00. “Marsel” – “Benfika” – 1:0, pen. 4:2
İlk oyun – 1:2

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.