Azərbaycan Mərkəzi Bankı qeyri-iş günlərində (31 dekabr -6 yanvar tarixlərində) fəaliyyət göstərəcək bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələrini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf
https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf
https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf