Bayram günlərində yüksək dağlıq ərazilərdə qar yağacaq

Ramazan bayramı günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Büronun direktoru bildirib ki, bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq aprelin 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Aprelin 11-i axşam yağıntılar tədricən kəsiləcək. Aprelin 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun aran rayonlarında 13-18°, dağlıq ərazilərdə isə 5-10° isti olacağı bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.