Bayram Nurlu karantin rejimini pozduğu üçün cərimələnib- VİDEO

Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşman olduğunu bildirib.

https://www.youtube.com/watch?time_continue=1&v=YjbIrO8vy_k&feature=emb_logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İnsanların test analizi vermədən özlərini müalicə etməsi yolverilməzdir”

Sonrakı məqalə

TƏBİB-dən AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə