Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bayramda sağlam qidalanma üçün 10 tövsiyyə

User 21 Mart 2026 - 12:20 (Last updated: 21 Mart 2026 - 10:30)
novruz xonca

Novruz bayramı süfrələri ənənəvi olaraq bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngindir. Bu bolluq fonunda düzgün və balanslı qidalanmaq sağlamlığın qorunması üçün vacibdir.

Mütəxəssislər bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən qidalanmada diqqətli olmaq vacibdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində sağlam qidalanma ilə bağlı tövsiyələrini açıqlayıb.

Tövsiyə 1: Balanslı qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur.

Tövsiyə 2: Mövsümi tərəvəz salatlarının süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır.

Tövsiyə 3: Bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq məqsədəuyğundur.

Tövsiyə 4: Qidaların seçiminə gəldikdə, qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq məhsullarına üstünlük verilməlidir.

Tövsiyə 5: Salatlarda mayonez yerinə qatıq, xama və ya kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir.

Tövsiyə 6: Xüsusilə balıq yeməklərinin tez istehlak olunması məsləhətdir.

Tövsiyə 7: Novruzun ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb yaradır.

Tövsiyə 8: Çərəzlərin gündəlik kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır.

Tövsiyə 9: Qidalanma zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi faydalıdır.

Tövsiyə 10: Bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir.

«Sağlam qidalar seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür”, – deyə məlumatda bildirilir.

AzPost.az

Post navigation

Previous: Satıcı lotereyada 1,5 milyon avro udan müştərinin biletini oğurladı
Next: Yazda bağırsaq infeksiyaları niyə artır?

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.