Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bayramla əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Orkhan Ali 05 Aprel 2024 - 17:04 (Last updated: 21 May 2025 - 20:15)
metro

Ramazan bayramı günlərində Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib. Bu səbəbdən aprel ayının 6-sı şənbə günü olsa da, iş günü hesab ediləcək və metro buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 07:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.

Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində növbətçilik cədvəli əsasında işçi personalının fəaliyyəti təmin ediləcək. Bütün stansiyaların infrastrukturu, o cümlədən mühəndis-texniki qurğuların fəaliyyəti nəzarətdə saxlanılacaq.

Aprelin 10-11-də saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsi üzrə qatarlar arasında interval 2,5 dəqiqə olacaq. Aprelin 12-14-də həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq. Lakin sərnişin axını istiqamətləri diqqətə alınmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.

““Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər”, – deyə QSC-nin yaydığı məlumat bildirilir.

Post navigation

Previous: Aktiv ƏDV ödəyicilərinin sayı 4 faizədək artıb
Next: Putin üçün xüsusi tribunal yaradılır

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.