BDU-nun 39 yaşlı müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünasalıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.
Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. 1993–2004-cü illərdə 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. 2009-cu ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə magistratura pilləsini bitirib.
2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul olub, 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək, biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2012–2015-ci illərdə AMEA-da elmi işçi və laborant işləyib. Şəfa Əlizadə 2015-ci ildən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun tədqiqat sahəsi torpaqşünaslıq və torpaq ekologiyası idi.
Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.