“Belə davam etsə, Rusiya dağıdıcı silahlardan istifadə etməli olacaq”- VOLODİN

Rusiya ərazisinə Qərbin uzaqmənzilli silahlarının hücumları halında Rusiya ən güclü və dağıdıcı silahlardan istifadə etməyə hazır olacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“ABŞ, Almaniya, Fransa, İngiltərəyə uzaqmənzilli silahlar, raketlər və digər avadanlıqların tədarükü tələbi ilə müraciət etmək və onlarla Rusiya ərazisinə zərbələr endirmək məsələlərini müzakirə etmək… Bütün bunlar ona gətirib çıxaracaq ki, ölkəmiz öz vətəndaşlarının müdafiəsi üçün daha güclü və dağıdıcı silahlardan istifadə etməklə cavab vermək məcburiyyətində qalacaq”, – Volodin deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrini müharibənin birbaşa iştirakçılarına çevirəcək.

Volodin onu da əlavə edib ki, Ukrayna prezidenti öz ölkəsinin xalqı və onların təhlükəsizliyi ilə maraqlanmır: “Ukrayna vətəndaşlarının taleyi önəmli deyil. Onun üçün ən vacibi hakimiyyətdə qalmaqdır”.

Azpost.info

Əvvəlki məqalə

Harrisin komandası oktyabra da debat təyin etmək istəyir

Sonrakı məqalə

“Lökbatan dairəsi”ndə yol təmir olunur