“Belarus Ukrayna üçün qarant ölkələr sırasında olmalıdır” –LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun Ukraynanın təhlükəsizliyinə qarant ölkələr sırasında olmasını təklif edib.

Azpost.info xəbər verir ki, Lavrov bunu Moskvada mətbuat konfransında deyib. “Biz belaruslu dostlarımızın Rusiya-Ukrayna danışıqlarının təşkilində müsbət rol oynamağa davam etmələrinin tərəfdarıyıq. Belarus belə danışıqlar üçün əla platformadır.

Təklif etdik ki, Belarus qarant ölkələr sırasında olsun. Təbii ki, hər şey tərəflərin razılığından asılıdır”, – Lavrov deyib. O əlavə edib ki, indi bütün bu məsələlər, o cümlədən qarant ölkələrin dairəsi razılaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

“Rublla ödəniş sanksiyalardan yayınma hesab olunacaq” –

Sonrakı məqalə

Finlandiya iki rus diplomatını ölkədən çıxarır