Belarusda hərbi təyyarə qəzaya uğrayıb-İki pilot həlak olub

Belarus Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Belarus Müdafiə Nazirliyindən “Belta” agentliyinə bildirilib ki, Belarusun Baranoviçi şəhərində Lidsk aviabazasının Yak-130 hərbi təyyarəsi qəzaya uğrayıb.

Təlim-məşq uçuşu zamanı ekipaj texniki nasazlıq aşkar edib. Pilotlar cəsarət və qəhrəmanlıq nümayiş etdirərək təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmağa çalışıblar. Təyyarənin düşmə trayektoriyasının yaşayış evlərindən kənarda olduğuna əmin olduqdan sonra pilotlar katapult ediblər. Təəssüf ki, hər iki pilot həlak olub. Başqa həlak olan və dağıntı yoxdur. Qəzanın nəticələrini Fövqəladə Hallar Nazirliyi aradan qaldırıb. Hadisə yerinə Belarus müdafiə nazirinin müavinin başçılıq etdiyi komissiyası gəlib”, – deyə Belarus MN-in məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransadan gəlmiş jurnalistlər Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb –

Sonrakı məqalə

“Leyla Şıxlinskya” və “Oksigen” klinikaları 96 sərnişinə saxta COVİD arayışı verib –