“Leyla Şıxlinskya” və “Oksigen” klinikaları 96 sərnişinə saxta COVİD arayışı verib –Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb

Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.

“Report” xəbər verir ki, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.

Məsələ ilə əlaqəli “Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:

“Bu kimi halların qarşısını almaq üçün 4 aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özlərinə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.

“Oksigen” isə məsələyə münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarusda hərbi təyyarə qəzaya uğrayıb-

Sonrakı məqalə

“İbrahim İbrahimlinin vəziyyəti yaxşıdır, şaiyələrə inanmayın” –