Belarusda Lukaşenko əleyhinə yüz minlik aksiya başlayıb

Belarusda Lukaşenkonun əleyhinə çoxminli etiraz aksiyası başlayıb.

Azpost.info bildirir ki, Polşada siyasi mühacirlərin idarə etdiyi “Nexta” teleqram-kanalının məlumatına görə Minskdə 100 min nəfər aksiyada iştirak edir. Etirazçılar “Minsk-Qəhrəman şəhər” abidəsinin yanına toplaşıblar.

Aksiyanın başlamazdan əvvəl güc strukturları bir sıra küçələri bağlayıb və meydanı əhatəyə alıb.

Müxalifət bu günkü aksiyaya xüsusi əhəmiyyət verir. Bu gün müxalifət lideri Svetlana Tixanovskayanın hakimiyyətə verdiyi ultimatumun müddəti bitir. O, Lukaşenkoya 10 gün ərzində istefaya getməyə çağırmışdı. Əgər bu tələb yerinə yetirilməsə etirazçılar kütləvi tətil elan edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib

Sonrakı məqalə

Düşmənin atəş nöqtələri məhv edilib –