Belarusun Mərkəzi Seçki Komissiyası prezidentliyə 22 namizədi qeydiyyata almayıb və müxalifət nümayəndələrini işçiləri koronavirusa yoluxdurmaq niyyətində olmaqda ittiham edib.
Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina müxalif siyasətçi Nikolay Statkeviçi MSK işçilərini koronavirusa yoluxdurmaqda ittiham edib.
Yermoşina baş verənlər haqda TUT.BY-a danışıb. Onun sözlərinə görə, Statkeviçin komandasında Belarusiyada prezidentliyə namizəd kimi qeydiyyata alınması üçün sənədləri təqdim etməyə çalışdığı bir vaxt “koronavirus xəstəsi” – Statkeviçin həyat yoldaşı Marina Adamoviç olub. MSK üzvləri iclasda şəxsi qoruyucu vasitələr olmadan iştirak edib.
“Bu qrupda koronavirus testi müsbət çıxan bir nəfər var idi. Sonradan, nəhayət ki, onu təcrid edib karantinə aldıqda, o (Marina Adamoviç) bilirsiniz sonuncu ünsiyyətdə olduğu şəxsin kim olduğunu deyib? Ondan sənədləri qəbul edən şəxs, əsas hüquqşünasımız Qalina Vasiliyevna. Bütün aparatın işini iflic etmək. Bu qrupun işləmə üsulları budur!” – deyə, Yermoşina qeyd edib.
Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. MSK prezidentliyə namizədlərin qeydiyyatı üçün ərizələri mayın 15-dək qəbul edib, seçki tarixi isə yalnız mayın 8-də məlum olub və prezidentliyə namizədlərin təşəbbüs qrupu yaratmaq və sənədlərini təqdim etmək üçün cəmi bir həftəsi var. Sənədlər qəbul olunarsa (qəbulların yekun siyahısı mayın 19-da elan ediləcək), onda namizədlər mayın 21-dən 19-dək lazımi sayda imza toplamalı olacaqlar.
Mayın 19-da keçirilən iclasda Belarus Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyini irəli sürmək üçün yalnız bir təşəbbüs qrupunu – Natalya Kiseli qeydiyyatdan keçirib. Digər 22 namizəd, o cümlədən Statkeviç və tərəfdarları qeydiyyata alınmayıb. Komissiya siyasətçinin və təxminən 30 nəfər olan “etirazçı namizədlərin” qeydiyyata alınması üçün sənəd təqdim edərkən pozuntular aşkar etdiklərini bildirib. Məsələn, təşəbbüs qrupunun iştirakçıları arasında Janna Romanovskayanın təqdim etdiyi siyahıda ölmüş insanların adları olub.
Mayın 15-də Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko və Oleq Qaidukeviçin təşəbbüs qrupları qeydə alınıb. Eyni zamanda, səhv sənədlər hazırlandığı üçün blogger Sergey Tixanovski və MSK-ya gəlməyən Vitali Zelkovski də qeydiyyata alınmayıb.