Rusiyada iki körpəsi olan kasıb ailəyə 70 dollar pandemiya yardımı verilir –Hər uşağa görə

Rusiyada iki uşağı olan kasıb ailələr pandemiya dövründə dövlətdən 100 min rubldan çox dəstək alacaqlar.

Azpost.info bildirir ki, bu barədə Prezident Putinin bu gün keçirdiyi müşavirədə Əmək naziri Anton Kotyakov bildirib.

3 yaşdan 7 yaşa qədər olan uşağı olan ailələrэ 3 ay ərzində – aprel,may, iyun ayları üçün bu yardım veriləcək.

Hökumət nə qədər ailənin bu məbləği alacağını hesablayıb.

3 yaşına qədər olan uşaqlar: Bu ailələr 3 ay ərzində 5 min rubl alacaqlar. Doğum haqqında şəhadətnamədən başqa heç bir sənəd tələb olunmur. Üç ay ərzində hər bir uşağa görə 15 min rubl veriləcək.  Əgər ailədə 3 yaşına  qədər iki uşaq varsa o zaman ailələr 3 ay ərzində 30 min rubl alacaqlar.

3 yaşından 7 yaşına qədər uşaqlar üçün: Bu ailələrə regionda uşaqlar üçün yaşayış minimumunun 50 faizi həcmində yardım ödəniləcək.

 3 yaşdan 16-yaşına qədər uşaqlar: Bu ailələrə birdəfəlik 10 min rubl pul veriləcək. Ailələrdən heç bir sənəd tələb olunmur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Buraxılış və qəbul imtahanında nələr dəyişib? –

Sonrakı məqalə

Belarusda MSK prezidentliyə 22 namizədi qeydiyyata almaqdan imtina edib