“Belarusda yeni prezident seçkisi keçiriləcək” –

Lukaşenko açıqlama verdi
17 Avqust 2020 - 18:06

Prezident Luakşenko bəyan edib ki, Belarusda yeni prezident seçkisi keçiriləcək.

Azpost.info RİA-ya istinadən bildirir ki, Lukaşenko bunun yeni Konstitutsiyanın qəbulundan sonra baş tutacağını bildirib. “Yeni Konstitutsiyanın qəbulundan sonra Belarusda prezident seçkiləri keçiriləcək”-deyə dövlət başçısı vurğulayıb: “Bizə yeni Konstitusiya qəbul etmək lazımdır. Ondan sonra parlament, prezident və yerli orqanlara seçkilər keçiriləcək”.

Xatırladaq ki, bu gün Aleksandr Lukaşenko MZKT zavodunda fəhlələrlə görüşü zamanı deyib ki, Belarusda seçkilər keçirilib, başqa seçki olmayacaq.