Şagirdlərin zəruru fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır –TƏHSİL NAZİRLİYİ

“Təhsil İnstitutunun təklif etdiyi variantlarda “sarı” zonalarda uşaqların təhsil müəəssisələrində təhsilə cəlb olunması məqbul sayılır”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, əsas problem ümumi təhsildir: “Təhsil İnstitutu onun səviyyələr üzrə paylanmasını təklif edir: İbtidai təhsil səviyyəsində öyrənmə bacarıqları kifayət qədər formalaşmayıb. Ümumilikdə hər iki region, yəni “sarı” və “narıncı” zona üçün hibrid formada dərslərə qoşulma təklif edilir. Nəzəriyyə hissəsi, izaha ehtiyac olan hissə virtual formada, praktik hissə isə məktəbdə daha az sayda şagirsdərlə təşkil oluna bilər”.

O bildirib ki, şagirdlərin daha zəruri fənlər üzrə, həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır: “Daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır. İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır”.

V. Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ali təhsillə bağlı isə virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belarusda yeni prezident seçkisi keçiriləcək” –

Sonrakı məqalə

Pandemiyaya görə uşağı məktəbə göndərməyən valideynlərlə razılıq protokolu imzalanacaq