Belarusda yenidən etiraz aksiyası başlayıb.
Azpost.info TASS-a istinadən bildirir ki, axşam saatlarında başlanan aksiya iştirakçıları idman sarayının qarşısına yığılıblar.
Milis aksiya iştirakçılarını həbs etməyə başlayıb. 30 nəfərin həbs olunduğu bildirilir. OMON etirazçıları sarayın qarşısından sıxışıdırıb çıxarmağa çalışır. Minskin mərkəzi küçələri bağlıdır.
Etiraz aksiyaları digər şəhərlərdə də keçirilir. Mogilyov şəhərində 2 min insan küçəyə çıxıb.