Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 14 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 858 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 193 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 241 997 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 224 970 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarusda yenidən etiraz aksiyası keçirilir –

Sonrakı məqalə

Buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu –