Belçika-Azərbaycan oyunu başlayıb –“Avro-2024”/YENİLƏNİR

Noyabrın 19-da “Avro-2024”ün seçmə mərhələsində keçirilən Belçika-Azərbaycan oyunu start götürüb.

Belçikanın heyətində meydana Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku və Romelu Lukaku çıxıblar.

Azərbaycan millisinin start onbirliyində isə Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Anton Krivotsyuk, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Toral Bayramov, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşov yer alıblar.

Hazırda F qrupunda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla dördüncüdür.

**

 Belçika – Azərbaycan 1:0
Qol: Romelu Lukaku, 17.
Qırmızı vərəqə: Eddi İsrafilov, 24.
**
Belçika – Azərbaycan 4:0
Qollar: Romelu Lukaku, 17; 27; 30; 37.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.