Belçika BMT-də Fələstini tanıyacaq və İsrailə sanksiyalar tətbiq edəcək

Belçika bu il sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleya sessiyasında Fələstini dövlət kimi tanıyacaq və İsrailə qarşı sərt sanksiyalar tətbiq edəcək. AzPostbildirir ki, bu açıqlamanı Belçika Xarici İşlər naziri Maksim Pravo verib. Nazir həmçinin bildirib ki, HƏMAS tərəfdarlarının antisemitizm və terroru tərifləyən hərəkətləri də sərt şəkildə qınanacaq.

Fələstinin tanınması Fransanın və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü çərçivəsində həyata keçiriləcək. KP.ru saytının məlumatına görə, Paris də sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

Qeyd edək ki, bir çox ölkələr İsrailin Qəzza şəhərində işğal planını və Fələstin ərazisində əməliyyatların genişləndirilməsini təsdiqləyən qərarından sonra Fələstini tanımaq imkanlarını müzakirə edirlər. Belçikanın addımı beynəlxalq siyasətdə diqqət çəkir və regionda vəziyyətin gərginliyini artırma ehtimalı da var.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.