Belçikanın baş naziri Bart de Vever ölkəsinin beynəlxalq sülhməramlı missiyada iştirak üçün hərbi kontingent ayırmağa hazır olduğunu açıqlayıb. AzPost xəbər verir ki, o, bu barədə VRT televiziya kanalına müsahibəsində danışıb.
Baş nazirin sözlərinə görə, mümkün sülh razılaşması əldə olunacağı təqdirdə Belçika quru qoşunlarını, hərbi hava və hərbi dəniz qüvvələrini beynəlxalq missiyaya cəlb etməyi təklif edir. Xüsusilə quru qoşunlarının töhfəsi Ukrayna hərbçilərinin hazırlanması və təlimi ilə bağlı ola bilər.
Bart de Vever vurğulayıb ki, bu təşəbbüs mütləq şəkildə ABŞ-ın dəstəyi ilə həyata keçirilməlidir. Onun fikrincə, geniş beynəlxalq dəstək olmadan sülhməramlı missiyanın effektivliyi təmin edilə bilməz.