Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı tapılıb

Mayın 8-də 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlunun Belçikada itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı Səfirliyinə müraciət edilib.

Mayın 15-də isə səfirliyin yaydığı məlumata əsasən, Nizami Məmmədovun yeri müəyyən edilib.

Prosesin davamı olaraq, Azərbaycanın Belçikadakı Səfirliyindən APA-bildirilib ki, hazırda Nizami Məmmədovun məsələsinə Belçika hökuməti tərəfindən baxılmaqdadır.

“Belçika tərəfinin verəcəyi qərardan asılı olaraq, Nizami Məmmədov ölkəmizə readmissiya olunacaq və ya ona Belçika ərazisində qalmaq icazəsi veriləcək”.

Səfirlikdən həmçinin o da qeyd olunub ki, məsələ ilə bağlı Nizami Məmmədovun qohumlarına mütəmadi olaraq məlumat verilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.