“Benzema Fransa tarixinin ən yaxşı hücumçusudur” –Zİdan

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kərim Benzemanın uğurlu çıxışına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis La Liqanın son oyununda “Atletik”in qapısından iki top keçirərək komandasına (3:1) qələbə qazandıran həmyerlisinin ünvanına tərif yağdırıb.

Zizu hətta 33 yaşlı oyunçunu Fransa tarixinin ən yaxşı forvardı hesab edib: “Mənə görə Benzema Fransa futbol tarixinin ən yaxşı hücumçusudur. Etdikləri və göstərdikləri ilə yanaşı, uzun müddət “Real”da oynadı. 500 oyun və vurduğu qollar onun rekordlarıdır. Kərimin qazandığı uğurlar göz önündədir. Mənim üçün o, ən yaxşısıdır”.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 6 qol, 3 assistlə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarşıdakı 3 ay çox kritikdir” –

Sonrakı məqalə

Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşüb