Berlində Liviya üzrə sammitin yekun sənədinin son mətni razılaşdırılıb

19 Yanvar 2020 - 21:35

Berlində Liviya ilə bağlı beynəlxalq konfransın iştirakçıları iclasdan sonra qəbul edilməsi gözlənilən sənədin mətni ilə razılaşıblar.

Bu məlumatı “TASS” agentliyi bir neçə diplomatik mənbəyə istinadən bildirib.

“Mətn sonda razılaşdırılıb”, – deyə mənbə qeyd edib. Sənəd layihəsinə əsasən, Liviyada nizamlanma prosesinin altı “səbət”ə bölünməsi təklif olunur: atəşkəs, silah embarqosunun tətbiqi, siyasi proses, təhlükəsizlik sektorunda islahatlar, iqtisadi islahatlar, humanitar haqlara və insan haqlarına uyğunluq. (APA)

Sənəddə bütün iştirakçıları ölkələrin silahlı müdaxilədən imtina etməsi təklif olunur.