Berlində atışma olub- Ölən və yaralananlar var

Almaniyanın paytaxtı Berlində atışma olub.

APA-nın RİN Novosti agentliyinə istinadən verdiyi məlumata görə, “Local” portalı atışma nəticəsində 1 nəfərin həlak olduğu, 4 nəfərin yaralandığı barədə xəbər yayıb.  

Portal polisə istinadən xəbər verir ki, hadisə Kroytsberq rayonunda, Türkiyənin məşhur “Güldür Güldür Show” komediya şousunun nümayiş etdirildiyi “Tempodrom” idman-konsert zalının yaxınlığında baş verib.

Tamaşaçılar hamısı zaldan təxliyə olunub.

Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis atəş açanların bir neçə nəfər olduğunu ehtimal edir. Onlar hadisə yerindən qaçıb. Hadisə yerinə 200-dək polis göndərilib. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN-dən Müsavat, ReAL, D18 təşkilatlarına mitinqlə bağlı

Sonrakı məqalə

Münhendə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş başlayıb