“Azərbaycan Yüksəliş Partiyasının 5000 üzv tələbi ilə bağlı heç bir problemi yoxdur”.
Bu barədə Azpost.info-ya Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) başqanının sisyasi məsələlər üzrə müavini Rəşad Bakuvi bildirib.
O, əlavə edib ki, AY Partiya artıq bu prosesi yekunlaşdırıb. “Hazırda üzvlərin siyahısı ilə bağlı dəqiqləşdirmələr aparılır. Çünki üzvlərinin siyahısının təqdietmə forması da fərqlidir. Xırda bir yanlışlıq qeydiyyat məsələsində problem yarada bilər. Ona görə də bu məsələyə həssas yanaşırıq”, – deyə partiya yetkilisi vurğulayıb.
Hüseyn