Beş pişik sahiblərinin mənzilini yandırıb

pişik
pişik

Rusiyanın Kostroma şəhərində 5 pişik yanğın törədib. AzPost KP-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Reçitski prospektindəki çoxmərtəbəli binanın mənzillərindən birində baş verib. Pişiklər mətbəxdə oynayan zaman və sahibinin qaz sobasının üstündə qurutmaq üçün asdığı ​​əşyaları açırıb. Bu zaman soba yanılı vəziyyətdə olub və əşyalar alovlanıb.

Tüstü iyi alan evin sahibi yanğını söndürməyə çalışıb. O, xəsarət almasa da, pişiklərdən ikisinin tükləri yanıb.

Hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşı və 2 texnikası cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.