“Beşiktaş” “Trabzonspor”u məğlub edib

Besiktas players celebrate after winning the Turkish Super Cup between Besiktas and Antalyaspor in Ar Rayan, Qatar, Wednesday, Jan. 5, 2022. (AP Photo/Hussein Sayed)

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

Turun mərkəzi oyununda “Beşiktaş” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hər iki qolu meydan sahiblərinin gənc futbolçusu Semih Kılıçsoy vurub. Yarımmüdafiəçi 44 və 62-ci dəqiqələrdə fərqlənib.

Günün digər oyunlarında “Pendikspor” “Adana Demirspor”u, “Kasımpaşa” isə “Alanyaspor”u 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikinci pillədə qərarlaşıb. “Beşiktaş” 39 xalla üçüncü, “Trabzonspor” isə 37 xalla dördüncüdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.