Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Beyləqan və Tərtər rayonlarında maarifləndirmə tədbirləri həyata keçirilib

User 25 Avqust 2025 - 12:36 (Last updated: 25 Avqust 2025 - 14:39)
az01

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə – icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin planına uyğun olaraq,öncə yaradılmış təşəbbüs qruplarına təlimlər həyata keçirilir.

14 avqust 2025-ci il tarixdə Beyləqan rayonunun Şəfəq icmasında 7 nəfəri qadın və 6 nəfəri kişilərdən ibarət olan təşəbbüs qrupuna “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri” mövzusunda təlim keçirilmişdir. Təlimçi Xəlil Süleymanov mövzuya dair ətraflı məlumat vermişdir. İştirakçılardan, müzakirə əsasında keçirilən təlimdə Əzimli Əzim və Fazilə Məmmədovanın  məişət tullantılarının bələdiyyə ilə birgə idarə olunması formalarına dair verdikləri sualı təlimçi Xəlil Süleymanov ətraflı izah etdi. Digər iştirakçıların sualları da təlimçi tərəfindən ətraflı cavablandırıldı. Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və” Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

15 avqust 2025-ci il tarixdə Tərtər rayonunun Buruc icmasında 5 nəfər qadın və 10 nəfər kişidən ibarət təşəbbüs qrupuna “Tullantıların azaldılmasında “3R” prinsipi (Azaltma –Reduce, Təkrar istifadə-Reuse, Yenidən emal-Resycle) tətbiqinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir.

Təlimçi Nizami Musayev mövzuya dair ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları ətraflı izah etmişdir. Təlim iştirakçıları layihənin   aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və” Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

16 avqust 2025-ci il tarixdə Tərtər rayonunun Qaradağlı icmasında 12 nəfər kişidən ibarət olan təşəbbüs qrupuna “Tullantıların azaldılmasında “3R” prinsipi (Azaltma –Reduce, Təkrar istifadə-Reuse, Yenidən emal-Resycle) tətbiqinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir.

Təlimçi Nizami Musayev  mövzuya dair ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran sualları ətraflı izah etmişdir. Təlim iştirakçıları layihənin aktual  bir problemin həllinə yönəlmiş maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və” Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

21 avqust 2025-ci il tarixdə Beyləqan rayonunun Şəfəq icmasında 7 nəfəri qadın və 6 nəfəri kişilərdən ibarət olan təşəbbüs qrupuna ”Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara (Davamlılıq, İcmanın inkişafı, Ekoloji təsir və sair) üstünlük verilməsi”  mövzusunda təlim keçirilmişdir. Təlimçi Xəlil Süleymanov mövzuya dair ətraflı məlumat vermişdir. İştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Təlim iştirakçıları layihənin  icrasından məmnun olduğunu bildirərək, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və “Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

22 avqust 2025-ci il tarixdə Tərtər rayonunun Gülabatlı icmasında 12 nəfərdən ibarət təşəbbüs qrupuna Xəlil Süleymanov tərəfindən “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri” mövzusunda təlim keçirilmişdir. Təlimçi Xəlil Süleymanov mövzuya dair ətraflı məlumat vermişdir. İştirakçıların suallarını təlimçi Xəlil Süleymanov ətraflı izah etdi. Təlim iştirakçıları layihənin hər bir şəxs və ətraf mühit  üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və” Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

23 avqust 2025-ci il tarixdə Tərtər rayonunun Buruc icmasında 15 nəfərdən ibarət təşəbbüs qrupuna Xəlil Süleymanov tərəfindən “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri” mövzusunda təlim keçirilmişdir. Təlimçi Xəlil Süleymanov mövzuya dair ətraflı məlumat vermişdir. İştirakçıların suallarını təlimçi Xəlil Süleymanov ətraflı izah etdi. Təlim iştirakçıları layihənin həqiqətən də aktual bir problemin həlli üzrə maarifləndirmə üçün əhəmiyyətli olduğunu qeyd etməklə, layihə Donoru olan Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və” Azad İstehlakçılar” İctimai Birliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Təşəbbüs qruplarına layihənin planına uyğun olaraq  təlimlər davam edəcək.

AzPost.az

Post navigation

Previous: Ölkədə 465 min nəfər dövlətdən sosial müavinət alır
Next: Azərbaycan Badminton Federasiyasında yeni təyinat olub

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. Türkiyə lideri...
Read more about Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.