Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Beyləqanda beynəlxalq qrossmeystr Namiq Quliyevlə görüş keçirilib

User 28 Avqust 2025 - 18:43 (Last updated: 28 Avqust 2025 - 18:43)
be01
Avqustun 28-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şahmat idman növü üzrə beynəlxalq qrossmeystr, Azərbaycan yığma komandasının üzvü, dünya kubokunun iştirakçısı, bir çox beynəlxalq turnirlərin qalibi, həmyerlimiz Namiq Quliyevin rayon ictimaiyyəti ilə görüşü keçirilib.
Tədbirdən əvvəl Heydər Əliyev parkında yerli şahmatçılar və idman həvəskarlarının iştirakı ilə şahmat oyunu təşkil olunub. Gənc şahmatçılar öz bacarıqlarını nümayiş etdirib, qrossmeystr Namiq Quliyev onlara peşəkar məsləhətlər verib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, həmyerlimiz-şahmat məktəbinin yetirməsi, bir çox beynəlxalq şahmat yarışlarının qalibi, xeyriyyəçi iş adamı Rəşid Hüseynov, ziyalılar, ağsaqqallar və şahmatsevərlər iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Namiq Quliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən beynəlxalq qrossmeystr Namiq Quliyev şahmatın inkişafı, beynəlxalq turnirlərdə qazandığı təcrübələr və gənclərə motivasiya verən məqamlar barədə fikirlərini bölüşüb. Namiq Quliyevin qardaşı Füzuli Quliyev, Rəşid Hüseynov, riyaziyyat müəllimi Səfər Quliyev, tanınmış ziyalı Vaqif Quliyev və digərləri də söz alaraq şahmatın regionda populyarlaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini qeyd ediblər, Beyləqan RİH başçısının bu sahəyə göstərdiyi diqqətə görə təşəkkürlərini bildiriblər.
Tədbirdə həmçinin dəfələrlə Azərbaycan çempionu, Azərbaycan yığmasının tərkibində Avropa çempionu, Fransanın “Şartır” komandasınının tərkibində ikiqat Fransa çempionu Rauf Məmmədovla telefon bağlantısı yaradıldı.
Tədbirin yekun hissəsində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək rayonun idman sahəsində əldə etdiyi uğurları vurğulayıb, şahmatın gənclərin intellektual inkişafında mühüm rolunu qeyd edib. O, Prezident İlham Əliyevin idmana və gənclərə göstərdiyi yüksək diqqət və qayğı sayəsində Azərbaycanın idman ölkəsinə çevrildiyini bildirib. Əziz Əzizov həmçinin “Qarabağ” futbol klubunun son oyunundakı qələbəsini ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Sonda şahmatın inkişafında xüsusi xidmətləri və yüksək nailiyyətlərinə görə Namiq Quliyev, eləcə də gənc şahmatçılar Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

AzPost.az

Post navigation

Previous: “İlham Əliyev yeni dünya modelinin ideoloqlarından biri kimi qəbul edilir” –
Next: Moskva Satira Teatrının sabiq direktoru Məmməd Ağayev həbs edilib

Oxşar xəbərlər

Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
prayk
  • Sosial

Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək

User 06 Noyabr 2026 - 13:31
urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50

xƏBƏR

aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
Yüksək intellekt insanın həyatda uğur qazanacağına zəmanət vermir. Daha vacib olan, o qədər də geniş yayılmayan bir...
Read more about Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti
Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
Prezident və birinci xanım Zəngilanda zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.