Beynəlxalq axtarışda olan 3 nəfər Türkiyəyə təhvil verilib

Dövlət
dövlət

Türkiyə hüquq-mühafizə orqanları beynəlxalq axtarışa verilmiş 3 şübhəlini İnterpol vasitəsilə ölkəyə gətirilməsini təmin edib.

Bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya məlumat verib.

“Qırmızı bülletenlə axtardığımız daha 3 cinayətkarı ölkəmizə gətirdik. Bizdən qaça bilməyəcəklər”, – deyə o bildirib.

Onun sözlərinə görə, beləcə , hazırkı kabinetin dövründə ölkəyə ekstradisiya olunan axtarışda olan şəxslərin sayı 337 nəfərə çatıb.

Ədliyyə Nazirliyimizin, Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi İnterpol–Europol İdarəsi ilə əlaqəli şəkildə apardığı əməliyyat nəticəsində, “Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı” cinayətinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan Ç.A. Almaniyada, “Yetkinlik yaşına çatmayan şəxslə cinsi təcavüz” cinayətinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan M.D.Ç. Xorvatiyada, “Narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalı” cinayətinə görə milli səviyyədə axtarışda olan H.D. isə Almaniyada saxlanılıb və Türkiyəyə ekstradisiya olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.