Beynəlxalq Bank 1 milyon kapital ilə yeni şirkət təsis edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu ilin iyun martın 19-da “ABB-İnnovasiya” şirkətini dövlət qeydiyyatına alıb.

Şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətidir.

Şirkət ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 1 mln. manat nizamnamə kapitalı ilə yeni törəmə şirkətidir.

Nizamnamə kapitalı 1 milyon manat olan şirkətin qanuni təmsilçisi Eminov Həsən Etibar oğludur.

Məlumata görə, H.Eminov 2022-ci ilin martından bankın Agile ofisinə rəhbərlik edir.

Yeni şirkət AZ1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev.67. hüquqi ünvanında yerləşir.

Qeyd edək ki, 13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdi və həmin vaxt törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilmişdi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.