Beynəlxalq Enerji Agentliyi:

"Karbon dioksid tullantıları 8 faiz azalıb"
30 Aprel 2020 - 15:34

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlər və karantin rejimi nəticəsində dünyada karbon dioksid (CO2) tullantıları 8 faiz azalıb.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu indiyə qədər qeydə alınan ən böyük rəqəmdir.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bunun müsbət hadisə olduğunu, lakin pandemiyanın ağır nəticələrinin olduğunu bildirib: “Ölənlərin sayını və iqtisadi travmanı nəzərə alsaq, qlobal tullantıların azalmasına sevinmək olmur”.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, pandemiya bərpa olunan elektrik enerjisinin yaşamaq üçün yeganə davamlı qaynaq olması ətrafında fikirləri daha da gücləndirib.