Beynəlxalq faktaraşdırıcı missiyanın Şuşaya səfəri başlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Səfərdə İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, OA-nın Baş katibinin müşaviri Muhammad Javed Ghani və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iştirak edirlər.

Nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Prezident İlham Əliyev təhlükəsizlik xidməti zabitini təltif etdi –

Sonrakı məqalə

Xəzər rayonuna 5 milyon manat ayrıldı –