Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Belarusun mayın 27-də təyyarənin məcburən endirilməsi insidentinin araşdırılmasına razılaşıb.
Bu təşkilatın 36 ölkənin nümayəndələrindən ibarət icraiyyə komitəsi araşdırma qərarını Amerika Birləşmiş Ştatların və onun bir neçə müttəfiqinin tələblərindən sonra qəbul edib.
Təhqiqat “Ryanair” təyyarəsinin məcburən Minskə endirilməsi ilə mülki aviasiya qaydalarının pozulub-pozulmadığını müəyyənləşdirilməlidir.
ICAO aralıq hesabatını iyunun 25-də təqdim etməlidir.
Ekspertlər bildirirlər ki, üzv ölkələrin cəzalandırılması üçün ICAO-nun ixtiyarında çox az variantlar var. Uzağı sözü gedən ölkə təşkilat daxilində səsvermə hüququndan məhrum edilə bilər.