Beynəlxalq reytinq təşkilatı Xəzər Universitetinin rəhbərinə təşəkkür edib

21 May 2021 - 12:00

 “Times Higher Education” təşkilatı Xəzər Universitetinin iqlim dəyişikliyi, onun təsiri və nəticələri ilə mübarizə üzrə araşdırmalara verdiyi töhfəyə görə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya təşəkkür məktubu ünvanlayıb.

Məktubda Xəzər Universitetinin “Times Higher Education Impact Rankings 2021” reytinq cədvəlində 13-cü Dayanıqlı İnkişaf Məqsədi: İqlim Dəyişikliyi üzrə dünyanın ən yaxşı 566 universiteti arasında yer aldığı bir daha vurğulanıb.

Məktubda həmçinin Xəzər Universiteti Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı tərəfindən dəstəklənən “Race to Zero” (sıfır karbon) proqramına dəvət edilib.