Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Beynəlxalq təcrübədə 5 ilə qədər avtomobillər “köhnə” hesab edilmir” –

User 30 Mart 2023 - 11:38 (Last updated: 21 May 2025 - 20:15)
rovsen aqayev
“Əgər istismar müddəti 10 ili ötmüş avtomobillərin ölkəyə qadağan olunması ətraf mühitlə əlaqələndirilirsə, paralel olaraq 3 addım atılmasına ehtiyac var”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev Nazirlər Kabinetinin müvafiq qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda yalnız istismar müddəti 3 ili ötməyən elektromobillər bütün gömrük vergi və rüsumlarından azaddır. Halbuki beynəlxalq təcrübədə 5 ilə qədər avtomobillər “köhnə” hesab edilmir və 3 illik güzəşt dövrü 5 illə əvəzlənməlidir: “İkinci, istismar müddəti 3 ilədək olan hibrid avtomobillər 18%-lik ƏDV-dən azad edilsə də, 15%-lik idxal rüsumundan və mühərrik ölçüsünə görə aksiz vergisindən azad edilməyib. Ən azından yaxın 3 il üçün istismar müddəti 5 ilədək olan hibrid avtomobillər də tamamən gömrük vergi və rüsumlarından azad edilməlidir. Üçüncü, istismar müddəti 5 ili ötməyən benzinlə işləyən kiçik mühərrikli (1600 kub/sm-dək) olan avtomobillər də yaxın 3 ildə bütün gömrük vergi və rüsumlarından azad edilə bilər”.
Ekspertin fikirncə, bu addımlar həm avtomobil parkının yenilənməsi, həm də “yaşıl enerji” keçidinin dəstəklənməsi baxımından vacib addımlardır.
“Bir çox hökumətlər kimi elektromobil idxalının keçici dövr üçün subsidiyalaşdırılması da nəzərdən keçirilə bilər. Məsələn, belə bir hədəf qoyula bilər ki, 5 ildə ölkəyə ən azı 100 min elektromobil gətirilməsi dəstələnəcək və bu say üçün subsidiya dəstəyi veriləcək”-deyə R.Ağayev əlavə edib.

Post navigation

Previous: Azərbaycanın hərbi pilotları təlim uçuşları keçirir – VİDEO
Next: 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.