“Beynəlxalq Bank”ın Lənkəranda ofisində yanğın olub

“Beynəlxalq Bank” ASC-nin Lənkəran filialında tüstülənmə baş verib.

Bu gün saat 17:30-da bankın Şirəli Axundov küçəsi 16 ünvanında yerləşən binasının zirzəmisində tüstülənmə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə tüstülənmənin qarşısı alınıb, yanğına keçməyib. Hadisə nəticəsində 4 elektrik açarı sıradan çıxıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il cinayət törətmiş qadınların sayı açıqlanıb

Sonrakı məqalə

“Barı, yada sal məni” –