Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Beynəlxalq Komissiya Qarabağda tapılan insan qalıqlarının müayinəsi ilə tanış olub

User 05 Aprel 2022 - 14:19 (Last updated: 21 May 2025 - 20:15)
itkin qaliqlar

Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Katrin Bomberger və İCMP-nin Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer aprelin 5-də Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”ndə (MTE və PA Birliyi) olublar.

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, “MTE və PA Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları xüsusilə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və mülki vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran vəzifələr barədə məlumatlandırıb.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlarda meyit qalıqlarının məhkəmə-tibbi maddi sübutlar şəklində “MTE və PA Birliyi”nin müvafiq şöbələrində qəbulu təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları əsasında təqdim edilmiş meyit qalıqlarının məhkəmə-tibbi ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir.

Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası, meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları tərəfindən icra edilməsi vurğulanıb.

Beynəlxalq Komissiyanın baş direktoru işğaldan azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının meyit qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək qiymətləndirib.

Daha sonra İCMP-nin rəhbərliyi “MTE və PA Birliyi”nin müvafiq şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika şöbəsində itkin düşmüş şəxslərə məxsus meyit qalıqlarının məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə yaxından tanış olublar, tematik mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Prezident İlham Əliyev İsraildən gələn naziri qəbul edib –
Next: Şagirdin videosunun yayılmasına görə müəllimə xəbərdarlıq edilib

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.