Şagirdin videosunun yayılmasına görə müəllimə xəbərdarlıq edilib

Bir müddət əvvəl 3 nömrəli xüsusi məktəbdə şagirdin aqressiv davranışlarının lentə alınıb sosial şəbəkədə paylaşılması məsələsinə aydınlıq gətirilib.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, II v sinif şagirdi (müəyyən səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə bağlı sosial şəbəkədə yayılmış videogörüntü valideynin xahişinə əsasən çəkilib.

“Şagirdin diaqnozu “Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu (ağır forması, davamlı və impulsiv olan davranış pozğunluğu) psixoloji inkşafın ümumi pozğunluqları, uşaq autizmi” nəzərə alınaraq ona evdə təhsil forması təklif olunub, valideyn isə buna narazılıq edib. Məsələ ilə bağlı müvafiq araşdırma aparılıb və müəllimə yazılı xəbərdarlıq edilib” – deyə məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Beynəlxalq Komissiya Qarabağda tapılan insan qalıqlarının müayinəsi ilə tanış olub

Sonrakı məqalə

Danimarka Rusiyanın 15 diplomatını ölkədən çıxarır