Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib-FOTO

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Bakıya gəlib.

Qurum başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq

Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.