Beynəlxalq axtarışda olan 3 nəfər Qazaxıstandan Azərbaycana gətirilib

Baş Prokurorluq
Baş Prokurorluq

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.

Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa verilmişlər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətiriliblər.

Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilmiş, Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.