Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB “Qayıdışa aparan yol” layihəsinin icrasını başa çatdırıb 

User 28 İyul 2026 - 13:14 (Last updated: 30 İyul 2026 - 10:16)
qht elil

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayıdışa aparan yol” layihəsinin icrasını yekunlaşdırıb. Layihə zamanı eyni adlı 2 maarifləndirici televiziya verilişləri təşkil olunub.

QHT.az xəbər verir ki, verilişin qonaqları BƏCİB-in idarə heyəti üzvü, təqaüddə olan general-mayor, “Xaosdan Zəkaya Doğru” və “Qayıdışa Aparan Yol” kitablarının müəllifi Hüseyn Əlixanov, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, 2024-cü ildə Xocalıya köçən Səriyyə Müslümqızı, BƏCİB-in İdarə Heyəti üzvləri- şəhid pokovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, BDU-nun professoru, əməkdar jurnalist Allahverdi Məmmədli və “Xankəndi” Məcburi Köçkünlərə Kömək İB-in sədri Xatirə Vəliyeva olmuşlar. Xüsusilə gənc nəsildə tarixi qavrayışın artması, cəmiyyətin ümumi vətənpərvərlik səviyyəsinin yüksəlməsinə yönəlmiş verilişlər zamanı dövlətmizin müstəqillik uğrunda keçdiyi çətin dövrlər, xalqın mübarizəsi, zəfər və böyük qayıdışla bağlı söhbətlər aparılıb.

Üç ay davam edən layihə zamanı Bakının Qaradağ rayonunun “Qobu Park-2” yaşayış kompleksində və digər yerlərdə şəhid ailələri, müharibə əlilləri və digər əlilliyi olan şəxslər, məcburi köçkünlərlə görüşlər keçirilmiş, onların mövcud problemlərinin qeydiyyatı aparılmış, maarifləndirmə məqsədi ilə onları maraqlandıran suallar cavablandırılmışdır. Onların problemlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Layihənin icrası zamanı görülən işlər KİV-lərdə və sosial şəbəkələrdə işıqlandırılıb.

Layihə rəhbəri Tahir Xudiyevin dediyi kimi, qayıdışa aparan yol göstərir ki, azadlığa və sülhə gedən yol həm qəhrəmanlıq, həm də mənəvi güc yoludur. Qarabağa qayıdış Azərbaycan xalqının tarixində yeni bir mərhələnin başlanğıcıdır. Qeyd edilib ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB layihədənkənar vaxtlarda da imtiyazlı şəxşlərin müraciəti əsasında onlarla görüşüb maarifləndirmə işləri aparır, sosial problemlərinin həllinə dəstək göstərir, lazım gəldikdə ictimai vəkillik də edir.

Fotolar

AzPost.az

Post navigation

Previous: Putin prezident İlham Əliyevə zəng vurdu
Next: Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.