Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Beyninə çip qoyulmuş ilk iflic insan artıq kompyuteri idarə edir –

User 09 May 2024 - 14:56 (Last updated: 21 May 2025 - 20:15)
cip insan 01

Beyninə çip qoyulmuş ilk insan indi şüuru ilə kompüterləri idarə edə və hətta kompüter oyunlarında sağlam adamlara qalib gələ bilir. 

Azpost.info bildirir ki, bu ilin yanvarında onurğa beyninin zədələnməsi səbəbindən yuxarı ətrafı iflic olmuş xəstə Noland Arbouya “Neuralink” şirkətinin beyin implantı yerləşdirilib. İmplant gələcəkdə onun həyat keyfiyyətini yaxşılaşdırmalıdır.

İmplantın işini tənzimləmək üçün kompüter oyunlarından istifadə edilir. Mart ayında bildirilib ki, Noland Arbou artıq kursoru ağlı ilə hərəkət etdirməklə kompüterdə şahmat oynamağa keçib. O,  həmçinin Civilization VI və Mario Kart onlayn oyunlarını da oynayır.

“Neuralink” şirkəti bu yaxınlarda Arbounun oyun personajlarını və obyektlərini idarə edə bilmə sürətində əhəmiyyətli dərəcədə təkmilləşdirdiyini açıqlayıb. O, indi hətta tamamilə sağlam insanları da məğlub edə bilir. Bu, iflic olan bir insanın xəyalına belə gətirə bilmədiyi bir məsələdir.

Xəstənin implantla aktivliyi durmadan artır. O, bu yaxınlarda həftədə 69 saatını implantla təmasda keçirib, bunun 35-ni Neuralink mütəxəssisləri ilə təcrübə keçirməyə, 34 saatını isə əsasən həftə sonları şəxsi istifadəyə sərf edib.

Şirkət etiraf edib ki, yanvar əməliyyatı zamanı xəstənin beyin qabığına implantasiya edilmiş bəzi zərif elektrodlarla təmas itib. Bu isə implantın impulsların xarici kompüterə ötürülmə sürətini yavaşlatmasına səbəb olub.

Bu, kursorun idarə edilməsinə mənfi təsir göstərib.

Lakin “Neuralink” mühəndisləri proqram təminatı vasitəsilə bu itkini kompensasiya edə biliblər. İndi Arbou  kompüterlə saniyədə 8 bit sürətlə əlaqə qura bilir. Noland Arbou gələcəkdə canlı yayımlar da açmaq niyyətindədir.

O, bu müddət ərzində onlayn oyunlarda abunəçilərlə rəqabət aparmağı planlaşdırır.

Neyrocərrahiyyə sahəsində ekspertlər Bloomberg-ə izah ediblər ki, “Neuralink” implantının elektrodlarının dayanıqlığında yaranan problemlərin səbəbi onun quraşdırılması zamanı istifadə olunan yanaşmadır. İmplant xəstənin kəllə sümüyünə daxil edilir və yüzdən çox nazik elektrod vasitəsilə beyinə bağlanır. Onlar müəyyən bir sahədə beyin fəaliyyətini qeyd etmək üçün nəzərdə tutulub. Lakin beyin daim kəllə daxilində hərəkət edir və elektrodların sönməsi və funksiyalarını yerinə yetirməməsi üçün hətta bir neçə millimetr hərəkət kifayətdir.

Meymunlar üzərində aparılan təcrübələrdə bu problem yaranmayıb. Çünki onların beyinləri daha kiçikdir və eyni hərəkət diapazonuna malik deyillər. Hazırda “Neuralink” mühəndisləri problemin müvəqqəti həllini tapıblar. Lakin implantın geniş tətbiqi halında daha ciddi qoruyucu tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirməlidirlər.

Post navigation

Previous: “Ukrayna dronları milçək kimi uçurlar”
Next: Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədində qalacaq

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.