İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Beyrutun İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıdığını bildirib.
Netanyahu bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmaya əsasən, İsrail “Hizbullah” və digər silahlı qruplar tərksilah edilənə, həmçinin Livan ərazisindən İsrailə yönələn təhlükə aradan qalxana qədər təhlükəsizlik zonasını qoruyacaq.
Baş nazir əlavə edib ki, pilot layihə çərçivəsində İsrail ordusu Livanın cənubundakı iki ərazidən mərhələli şəkildə çıxacaq.
Bu ərazilərdən biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun sərhədində yerləşir.
Netanyahu bildirib ki, həmin ərazilər “Hizbullah”dan təmizləndikdən sonra Livan ordusunun nəzarətinə veriləcək.