Beyrut limanında baş vermiş partlayışın vurduğu zərər 15 milyard dolları ötüb

Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində dəymiş ziyan 15 milyard dollardan çox qiymətləndirilir.

“TASS” xəbər verir ki, bunu ölkə prezidenti Mişel Aun İspaniya kralı VI Filipplə telefon danışığında bildirib.

“Prezident Aun qeyd edib ki, ilkin hesablamalara görə, Livana dəymiş ziyan 15 milyard dolları ötüb”, – Livan prezidentinin mətbuat xidmətinin internet saytında yayılan açıqlamada qeyd olunub.

Öz növbəsində İspaniya kralı Livan xalqına başsağlığı verərək, lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, sığorta şirkətləri ilkin qiymətləndirmə zamanı Beyrut limanında baş vermiş partlayışdan sonra dəyən ziyanın 3 milyard dollar dəyərində olduğunu bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir –

Sonrakı məqalə

ABŞ Konqresi “S-400” məsələsinə görə Türkiyəyə silah satışını dondurub