Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb.
Buna baxmayaraq, fakt üzrə Səbail RPİ İstintaq şöbəsində araşdırmalar aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda məlumatlar yayılıb.