Biləsuvarda polis bıçaqlanıb

31 İyul 2021 - 11:04

Biləsuvarda polisə xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, hadisə iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə baş verib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

Əməliyyatla S.Yaqubov müəyyən edilərək saxlanılıb.