Biləsuvarda qanunsuz ov edən 3 ərəb saxlanılıb

22 Oktyabr 2021 - 18:12

Dövlət Ekologiya Xidmətinin əməkdaşları Biləsuvar rayonunda qanunsuz ov edən üç nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşını saxlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qanun pozucularının avtomobilinə baxış zamanı 4 ədəd çobanaldadan quşunun cəmdəyi aşkar edilib.

Ovçular Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Rəşid Qərib Darviş Almansuri, İbrahim Qərib Rəşid Dərviş Almansuri, Məhəmməd Rəşid Qərib Almansuridir.

Brakonyerlər 2000 manat cərimələnib.

Ekologiya Nazirliyi qanunu pozan əcnəbilərə qarşı tədbirlərin görülməsi üçün Miqrasiya Xidmətinə müraciət edib.