Biləsuvarda qanunsuz ov edən 3 ərəb saxlanılıb

Dövlət Ekologiya Xidmətinin əməkdaşları Biləsuvar rayonunda qanunsuz ov edən üç nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşını saxlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qanun pozucularının avtomobilinə baxış zamanı 4 ədəd çobanaldadan quşunun cəmdəyi aşkar edilib.

Ovçular Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Rəşid Qərib Darviş Almansuri, İbrahim Qərib Rəşid Dərviş Almansuri, Məhəmməd Rəşid Qərib Almansuridir.

Brakonyerlər 2000 manat cərimələnib.

Ekologiya Nazirliyi qanunu pozan əcnəbilərə qarşı tədbirlərin görülməsi üçün Miqrasiya Xidmətinə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 2112 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Həbsdə olan sabiq deputat Eldəniz Səlimovun məhkəməsi başlayır